İnstitut: Ukrayna Ordusu ciddi şəkildə əks-hücum əməliyyatına başlayıb və Rusiyanın müdafiəsini yarıb

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin qərbində iri mexanikləşdirilmiş əks-hücum əməliyyatına başlayıb və ehtimal ki, Orexovun cənubunda müəyyən mövqelərdə Rusiyanın müdafiəsini yarıb.

Bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnsitutunun analitikləri gəlib.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyindəki mənbələr və bir neçə rusiyalı müharibəmeyilli bloqçular Robotino kəndi istiqamətində (Orexovodan 10 km cənubda) Ukraynanın cəbhədən hücumu barədə məlumat veriblər. Geolokasiya görüntüləri göstərir ki, USQ hücum zamanı Robotinodan 2,5 kilometr şərqdə irəliləyib. Lakin Rusiya qüvvələri çevik müdafiə taktikasından istifadə edərək Ukrayna əsgərlərini qismən geri çəkiblər.

İnstitutun materialında qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri əməliyyat üçün bölgəyə yeni qüvvələr yeridib, Rusiya qoşunları isə, görünür, bu sektorda rotasiya, yardım və ya əhəmiyyətli gücləndirmə olmadan cəbhə xəttində sıxışdırılıb. Bu vəziyyət Ukraynaya yaxın həftələrdə Orexovun cənubunda daha uğurlu irəliləməyə başlamağa imkan verə bilər.

Anonim iki Pentaqon rəsmisi Ukraynanın əks-hücumunun “böyük zərbəsinin” ciddi şəkildə başladığını açıqlayıb.

Share on Facebook