İmişlidə FACİƏ: 9 aylıq hamilə qadın ÖLDÜ

İmişlidə ölüm hadisəsi baş verib. Hamilə qadın doğum evində vəfat edib.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook