İlham Əliyevin Şarl Mişellə görüşü başladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.

Sozcu.az xəbər verir ki, dövlət başçısının Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb.

Qeyd edək ki, sabah Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

Share on Facebook