Ermənistan prezidenti Vaaqn Xaçaturyan sabah Zəngəzura üç günlük səfərə gedəcək.
Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Məlumata görə, o, regionun bütün əsas icmalarına baş çəkəcək, regional hakimiyyət nümayəndələri və icma liderləri ilə görüşəcək. Region rəhbərliyinə bildirilib ki, prezident Zəngəzurun problemləri ilə tanış olmaq istəyir. Bununla belə, ölkənin siyasi rəhbərliyinin Zəngəzura “maraqları” son vaxtlar əhali arasında gərginliyə səbəb olub. Şənbə günü isə Paşinyan Zəngəzurda olub, patrul zabitlərinə baş çəkib”, – nəşr qeyd edir.