Livandakı Hizbullah təşkilatının ilk baş katibi və qurucusu Şeyx Sübhi Tüfeylinin İranla bağlı sözləri dünya gündəmində ciddi müzakirələrə səbəb olub.
Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tüfeyli Qəzzada baş verənlərə görə İranı ittiham edib.
O, Tehranı Vaşinqtonla gizli əməkdaşlıqda günahlandırıb və Xameneini ittiham edərək, “O adam Məhəmməd peyğəmbərin və İmam Əlinin düşmənidir. Əhli-beytlə heç bir əlaqəsi olmayan şiəlik yaradır” - deyib.