Hindistanın Baş naziri Narendra Modi bölünən döyüş başlığı olan “Agni-V” ballistik raketinin ilk uçuş sınaqlarının keçirildiyini açıqlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə bildirib.
“Biz yerli istehsal olan “Agni-V” raketinin ilk uçuş sınağına görə Müdafiə Tədqiqat və İnkişaf Təşkilatımızın alimləri ilə fəxr edirik”, – Modi qeyd edib.