"Rusiyalı işğalçılar bəndi partladaraq bu fəlakəti törədib, insanları su basmış şəhər və kəndlərdə taleyin hökmünə buraxıb, indi də riyakarcasına və qəddarcasına insanları təxliyyə edən zaman atəşə məruz qoyur..."
Rusiya qoşunları su başmış evlərindən xilas olan insanların kürəyinə atəş açıb...
Rusiyalı hərbçilər dinc sakinlər olan qayığı atəşə tutub, bu, insanları Xerson vilayətinin Rusiya qüvvələrinin nəzarət etdiyi Dnepr çayının sol sahilindən təxiyyə edən zaman baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
"Onlar mükli insanların kürəyinə atəş açıb. Altı adam yaralanıb. Onlar Xersona çatıb və tibbi müəssisəyə yerləşdirilib. Həkimlər yaralıların həyatları uğrunda mübarizə aparır. Rusiyalılar qorxaq terrorçulardır", - Yermak "Telegram-kanal"da yazıb.
Sonradan Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib ki, atəş nəticəsində üç nəfər həlak olub, 10 nəfərdən çox adam yaralanıb.
Onların arasında qadını bədənilə qoruyan 74 yaşlı kişi də olub, rusiyalılar onu kürəyindən güllələyib. Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb.
Qayıqda, əsasən, yaşlı adamlar olub, bunu Ukrayna daxili işlər naziri İqor Klimenko deyib. Daxili İşlər Nazirliyi insanların Dneprin sol sahilindən təxliyyəsinin fotoşəkillərini dərc edib.
Baş Prokurorluğun ofisi son məlumatları açıqlayıb. Atəş nəticəsində ən azı 23 nəfər zərər çəkib.
Xerson prokurorluğu müharibə qanunları və qaydalarının pozulması haqqında və qəsdən adam öldürmə maddələri üzrə baş vermiş faciənin tədqiqatına başlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski müharibənin 473-cü gününün nəticələrinə dair müraciətində dəqiqləşdirib ki, atəş altına düşən qayıqda Xerson vilayətinin işğal edilmiş sol sahilində yerləşən Kardaşinka kəndindən insanlar təxliyyə edilib.
"İşğalçılar bəndi partladaraq bu fəlakəti yaradıb, insanları su basmış şəhər və kəndlərdə taleyin hökmünə buraxıb, indi də insanları xilas etməyə cəhd edilən qayıqları da atəşə tutur...Hətta vəhşi heyvanlar da Rusiya dövlətindən daha mənəviyyatlıdır", - Ukrayna prezidenti vurğulayıb.
"Beynəlxalq ədalət məhkəməsi nümayəndələrinin Rusiyanın terror aktının nəticələrini öz gözləri ilə görməsi və Rusiya terrorunun davam etməsini özlərinin eşitməsi çox vacibdir. Və bu terror su basmış ərazinin maksimal riyakar və qəddar atəşlərilə davam edir", - prezident deyib.