“Dəmir Qılınclar” əməliyyatının birinci mərhələsi başa çatıb.
Sozcu.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb.
O bildirib ki, Qəzza zolağından hücuma cavab olaraq həyata keçirilən əməliyyat nəticəsində terrorçuların əksəriyyəti məhv edilib.
Netanyahu bəyan edib ki, qarşıya qoyulan məqsədlərə çatana qədər hücumlar davam edəcək.