"Həmişə müsəlman ölkəsində yaşamaq istəmişəm" - Benzema

"Real"dan ayrılaraq Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçən Kərim Benzema seçiminin səbəbini açıqlayıb.

Sozcu.az "Goal" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu müsəlman ölkəsində yaşamaq istədiyi üçün bu qərarı verdiyini deyib: "Mən müsəlmanam və həmişə müsəlman ölkəsində yaşamaq istəmişəm. Bura da müsəlman ölkəsidir".

Qeyd edək ki, "Qızıl top"un son qalibi Kərim Benzema "Əl-İttihad"la 3 illik müqavilə imzalayıb.

Share on Facebook