HƏMAS Suriya və Livanı İsrailə qarşı müharibəyə sürükləmək istəyir.
Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Maşa Mixelson bildirib.
Mixelson qeyd edib ki, silahlılar İsraili bir dövlət kimi məhv etmək və mümkün qədər çox yəhudini öldürmək istəyirlər.
Onun sözlərinə görə, silahlılar 24 saat ərzində İkinci Dünya müharibəsi dövründə hər gün olduğundan daha çox yəhudini öldürməklə öz məqsədlərinə qismən nail olublar.