HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində öldürülüb.
Sozcu.az xəbər verir ki, bu barədə "Jewish Press.com" saytı məlumat yayıb.
Bildirilib ki, Hazem İsmayıl Haniyənin Qəzzada İsrail ordusunun hücumları zamanı öldürüldüyü barədə məlumat dəqiqləşdirilir.
Digər məlumata görə, kiçik Haniyəyə 2022-ci ilin iyul ayında həyat yoldaşı və iki uşağı ilə birlikdə Türkiyədəki digər ailə üzvlərinə qoşulmaq üçün Rəfah keçidi vasitəsilə Qəzzanı tərk etməyə icazə verilib. Lakin o vaxtdan bəri HƏMAS liderinin oğlu anklava gəliş-gediş edib.