"HƏMAS"-ın hücumu nəticəsində İsraildə yaralıların sayı 5600-ə çatdı...

"Hazırkı rəqəmlərə görə, müharibədə 1200-dən çox israilli həlak olub, daha 5600-ə yaxın yaralı xəstəxanadadır"

Sozcu.az xəbər verir ki, İsrail mediasının Bakı vaxtı ilə səhər saat 08:40-da yaydığı məlumatda belə deyilir.

"İsrail qəfildən ölkəmizə hücum edən "HƏMAS" terrorçuları ilə müharibənin altıncı günündədir. İsrail ordusu gözlənilməz kombinə edilmiş hücuma cavab olaraq Qəzza zolağında "Dəmir qılınclar" hərbi əməliyyatına başlayıb. Onun əsas məqsədləri "HƏMAS"-a qurtula bilməyəcəyi güclü zərbələr endirmək, həmçinin əsir götürülmüş israilliləri azad etməkdir. Döyüş əməliyyatlarının uzanmasına baxmayaraq, İsrail öz qələbəsinə əmindir,- xəbərdə bildirilir.

Share on Facebook