Bu sözləri kardioloq həkim Könül Alıyeva müxbirimizə deyib.
Həkim kardioloq Könül Alıyevanı "ŞIX" sanatoriyasında müalicə olunarkan tanıdım, onun xəstələrə diqqət və qayğı ilə yanaşmasının şahidi oldum. Bundan sonra həkim-kardioloq Könül Alıyeva həkimlik fəaliyyətilə daha yaxından maraqlandım.
Həkimin müalucə etdiyi xəstələrlə söhbət edərkən məlum oldu ki, Könül həkim-kardioloq kimi ona müraciət edən xəstələrə diqqət və qayğı ilə yanaşır. O, ürəyindən şikayət edən xəstələri ətraflı müayinə edir, onlara hərtərəfli yardım edir, bəzi hallarda ürəyində ciddi qüsur olan xəstələrə "ŞIX" sanatoriyasında ağır presedurlar qəbul etmələrinə imkan vermir.
Həkim-kardioloq Könül Alıyevanın bir neçə xəstəsi arasında apardığımız anonim sorğuya görə, həkim heç bir xəstəyə təmannalı münasibət bəsləmir, qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə daim diqqət, qayğı ilə yanaşır.
Covid-19 pandemiyasının tüğyan etdiyi dövlərdə həkim-kardioloq Könül Alıyeva həkim kimi üzərinə düşən işin öhdəsindən layiqincə gəlmiş, ağır vəziyyətdə müraciət edən xəstələrin şəfa tapmasına və həyata qaytarılmasına kömək edib.
Hazırda dərmanların, o cümlədən ürək-damar xəstəlikləri dərmanlarının təminatı ilə bağlı xəstələr, xəstə sahibləri şikayət edir, dərmanların bahalığından və keyfiyyətsizliyindən gileylənirlər. Könül həkim ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələrin bu şikayət və gileylərini nəzərə alan azsaylı həkimlərdən biri hesab olunur.
Tibb üzrə fəlsəfə doktoru Könül Rafıq qızı Alıyeva 28 mart 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2006-cı ildə Azərbaycan Tıbb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub və universiteti bitirdikdən sonra akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunda kiçik laborant vəzifəsinə təyinat alıb. 2019-cu ildən indiyədək akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda baş laborant vəzifəsində çalışır.
Elmi-Tədqiqat Bərpa İnstitunda ixtisaslaşma kursu keçib. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstitutunda “elektro-kardioqrafiya” (EKQ) tsikli üzrə ixtisaslaşma kursu keçib.
2017-ci il Ankara şəhərində Qazi Universitetinin Tibb Fakultəsində rotasiya keçib.
Könül Alıyeva 18 ildir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitunda həkim-kardioloq vəzifəsində çalışır. Bununla yanaşı, 2016-cı ildən "ŞİX" Artroloji Sanatoriyasında həkim-kardioloq vəzifəsində işləyir.
“Xroniki ürək çatışmazlığı olan xəstələrin furosemid və torasemid ilə müalicəsi zamanı ürək ritminin dəyişkənliyi və qanın elektrolit tərkibinin müqayisəli öyrənilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdaifə edib, alimdir.
Könül xanım apardığı tədqiqatlar üzrə 20-dən çox elmi işin müəllifidir. Bir çox yerli və xarici konfranlarda elmi məruzələrlər çıxış edib. Avropa Kardioloqlar Cəmiyyətinin üzvüdür.
Ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr sağalıb, şəfa tapmaq üçün Könül Alıyevaya müraciət edə bilərlər. Həkim- kardioloqa müraciət edən xəstələrin tezliklə sağalacağına və sağlamlığına qovuşacağına şübhə etmirəm.
Abbas