Ukraynanın Prezidenti Volodimir Zelenski, Ukraynanın tarix boyunca bir çox imperiyalar tərəfindən işğal edilməyə çalışıldığını, lakin hər dəfə yenidən doğulduğunu vurğulayıb.
Sozcu.az-ın məlumatına görə o, bildirib ki, heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq.
Zelenski keçmiş imperiyaların Ukraynanı məhv etmək cəhdlərinin yalnız o imperiyaların dağıldığı ilə nəticələndiyini qeyd edib. "Ukrayna bir çox təcavüzkar gücləri, o cümlədən bu günkü Rusiya qarşısında qalib gəldi və hələ də qalib gələcək", – deyə Ukrayna lideri bildirib.
Ukrayna prezidenti ölkəsinin mübarizliyini və möhkəmliyini vurğulamaqla yanaşı, Ukraynanın bu dəfə də Rusiyaya qarşı dayandığını qeyd edib.