Həbsxanadan kənarda daha çox şey edə bilsəm də, həbsxananın məni susdurmasına imkan verməyəcəyəm.
Sozcu.az xəbər verir ki, bunu tibbi məzuniyyətdə olan Nobel Sülh Mükafatı laureatı və siyasi məhbus Nərgiz Məhəmmədi deyib.
O, Nobel Komitəsinə verdiyi ilk müsahibədə bildirib ki, insan hüquqlarını və qadın hüquqlarını müdafiə etmək cinayət deyil.
“Qadın hüquqlarına, insan hüquqlarına və azadlığına sadiqlik heç bir həbsxana divarı ilə məhdudlaşdırıla bilməz. Tehran rejimi məni susdura bilsə də, bu heç nəyi dəyişməyəcək. Ona görə ki, İran xalqı artıq üsyan edib”, - Məhəmmədi bildirib.