HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin raket zərbələri nəticəsində deyil, Tehranda qonaq olduğu evə yerləşdirilən bombanın işə düşməsi nəticəsində həlak olub.
Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilib ki, bu məlumatı amerikalı jurnalistlərə Yaxın Şərqdən olan 7 mənbə verib.
Belə ki, partlayıcı qurğu təxminən 2 ay öncə binadan gizlədilib.
Eyni zamanda Haniyənin olduğu ev SEPAH-ın nəzarəti və mühafizəsi altında olub. Bu, Tehranın yüksək səviyyəli ərazisində yerləşən böyük Nəşat kompleksinin bir hissəsidir.
Haniyənin otağında olduğu təsdiqləndikdən sonra bomba uzaqdan partladılıb. Partlayışda bir cangüdən də həlak olub.
Partlayış o qədər güclü olub ki, binanın pəncərələri sınıb, xarici divar qismən uçub.
Haniyə əvvəllər Tehrana səfər edərkən bir neçə dəfə bu evdə qalıb.