NATO Gürcüstandan Rusiyaya tətbiq olunmuş beynəlxalq sanksiyaları dəstəkləməsini gözləyir.
Sozcu.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
“Hamımızın inandığı demokratik dəyərləri Gürcüstanın da rəhbər tutması vacibdir. Biz NATO üzvü olmayan ölkələrin Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini maliyyələşdirməsini və təşkilini çətinləşdirən sanksiyalara əməl etmələrini gözləyirik”, - Stoltenberq bildirib.
Stoltenberq NATO-nun uzun illərdir Gürcüstanla tərəfdaşlıq münasibətlərini saxladığını, islahatlar həyata keçirilməsinə kömək etdiyini vurğulayıb:
“Gürcüstan kimi ölkələr Rusiyanın təcavüzünə müqavimət göstərməyə çalışırlar. Məhz buna görə Madrid sammitində biz bu ölkələrə yardımı artırmaq qərarına gəldik”.