“Məhz qızılgül inqilabının 20 illiyi ərəfəsində sizə demək istəyirəm ki, Gürcüstanın çox böyük dəyişikliklərə ehtiyacı var”.
Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili məhkəmədə distant dinləmə zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Komissiyasından müsbət cavabı hökumət deyil, xalq alıb.
“Gürcüstan Rusiyanın əyalətinə çevrilib. Sizə demək istəyirəm ki, bu, ümidsiz vəziyyət deyil, biz bunu bacardıq – statusla bağlı Avropa Komissiyasından müsbət tövsiyə aldıq və hökumət yox, biz bunu bacardıq. Gürcü xalqı belə qərara gəldi ki, onlar Rusiyanın çəkmələri altında yaşamaq, kiminsə malı olmaq istəmir. Təbii ki, biz öz gücümüzə inanmalıyıq.”, – deyə Saakaşvili əlavə edib.