İyulun 24-də Tehranda yaşayan ictimai fəal və hüquq müdafiəçisi Yaşar Təbrizinin (Əkbər Quluzadə) məhkəmə iclası keçirilib.
Tehranın Şəhriyar şəhərinin İnqilab Məhkəməsində keçirilən iclasda ondan "hökumətə qarşı təbliğat" və "yalan məlumatlar yaymaq" ittihamları barədə müdafiəsi istənilib.
Fəalın barəsində çıxarılacaq son qərarın bir neçə gün içiundə elan ediləcəyi bildirilib.
İyunun 10-da Tehranda özünün şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilən tanınmış ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi, iyunun 18-də Evin həbsxanasının 209 nömrəli təhlükəsizlik bölməsinə köçürülüb.
Yaşar Təbrizi bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və uzun müddət məhkumluq dövrü yaşayıb.
O, xüsusilə SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanları ilə bağlı apardığı fəaliyyətlərə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qalıb.
Yaşar Təbrizi yanvar ayının 8-də SEPAH-ın Ukrayna təyyarəsini vurduğu yerdə çəkdiyi, terror qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.