Güclü külək ağacları aşırdı: 5 nəfər xəsarət aldı

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.

Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

Share on Facebook