Goranboyda yağış suları bəzi avtomobil yollarında çətinlik yaradıb

Yağış suları Goranboy rayonunda bəzi avtomobil yollarında çətinlik yaradıb.

Sozcu.az-ın məlumatına görə, axşam saatlarında yağan yağış səbəbindən Goranboy rayonunun Goran qəsəbəsi ərazisində avtomobil yoluna yağmur suları dolub.

Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.

Qeyd edək ki, rayon ərazisinə bir neçə dəqiqə dolu da düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.report

Share on Facebook