Sentyabr ayının 5-də Əmlak Xidmətləri Məkanında dövlət mülkiyyətinə keçirilən 2 min 111 adda müxtəlif təyinatlı mal hərrac vasitəsi ilə satışa çıxarılır.
Sozcu.az xəbər verir ki, hərraca çıxarılan mallar Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir.
Məlumat üçün bildirək ki, hərraca çıxarılan malların start qiymətləri mövcud bazar qiymətlərindən dəfələrlə aşağıdır.
Dövlət mülkiyyətinə keçirilən və hərrac vasitəsi ilə satışa çıxarılan 2 min 111 adda maldan bəzilərinin adları və qiymətini təqdim edirik:
- Qoluqısa köynək – 3 manat
- Hamam xalatı (dəst) – 10 manat
- Ayaqqabı – 4 manat
- Kurtka, gödəkçə – 10 manat
- Bel kəməri – 2 manat
- Tərlik – 10 qəpik
- İsti alt paltarı – 50 qəpik
- Qol saatları – 3 manat
- Eynəklər – 1 manat
- Xalça – 10 manat
- Lauro Biagiotti markalı ətir 75 ml – 8 manat
- Zara markalı ətir 100 ml – 10 manat
- Dodaq boyası – 50 qəpik (yeniavaz)