“Gömrük sisteminin vergi siyasəti soyğunçu xarakterə malikdir”

“Azərbaycanın gömrük sisteminin vergi siyasəti tamamən soyğunçu xarakterə malikdir. Çünki dünyanın heç bir normal ölkəsinin büdcəsinə vergi daxilolmalarının az qala hər 3 dollardan biri gömrük kanalları ilə daxil olmur”.

Sozcu.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

“Məsələn, 2024-cü il üçün proqnozlaşdırılan vergi (gömrük də daxil) gəlirlərinin (təxminən 19,7 mlrd. manat) 30%-i (5,9 mlrd. manat) Gömrük Komitəsinin öhdəliyidir.

Ağırlıqlı olaraq vətəndaşın, qismən də biznesin cibini leqal yolla soyan soyğunçu gömrük sistemi mütləq dəyişdirilməlidir.

Beynəlxalq əhəmiyyətli “Trademap” portalının informasiyasına görə, Azərbaycanın gömrük sistemi üzrə orta tarif dərəcəsi (xarici ticarətin obyekti olan bütün əmtəə kodları üzrə tariflərin orta statistik səviyyəsi) 6,5% təşkil edir. Bunun nə qədər yüksək və ya aşağı olduğuna başqa ölkələrlə müqayisədə özünüz asanlıqla qərar verə biləcəksiniz.

Şübhəsiz ki, tariflərin aşağı olduğu ölkələrin dünya iqtisadiyyatına daha sağlam və rəqabətli əsaslarla inteqrasiyası, xüsusən Dünya Ticarət Təşkilatına üzvlük və onun tarif siyasətilə bağlı tələb və işlək mexanzimləri də həlledici səbəblərdən biridir”, - ekspert əlavə edib.

R.Ağayev ölkələrin gömrük sistemi üzrə orta tarif dərəcəsini də qeyd edib:

MDB və region ölkələri

Özbəkistan 12,4%

Azərbaycan 6,5%

Tacikstan 5,5%

Türkiyə 5,2%

Qırğızıstan 4,5%

Rusiya 4,4%

Moldova 2,9%

Ukrayna 2,6%

Ermənistan 4,4%

Belarus 4,3%

Qazaxıstan 3,5%

Gürcüstan 0,7%

Türkiyə   

Şərqi Avropa ölkələri

Estoniya 1,3%,

Latviya 1,3%,

Litva 1,3,

Polşa 1,3,

Çexiya 1,3,

Macarıstan 1,3,

İnkişaf etmiş ölkələr

Böyük Britaniya 0,7%,

İsveç 1,3%

Danimarka 1,3%,

Finlandiya 1,3%,

Avstriya 1,3%

Almaniya 1,3%,

Avstraliya 1,4%

ABŞ 1,5%,

Yaponiya 1,6%,

İsveçrə 2,2

Norveç 2,1%,

“Bizdən daha betər gündə olanları siyahıya əlavə eləmədim. Çünki o siyahıda olan ölkələr istinasız olaraq vətənaşına dəyər verməyən, hər cür siyasi və iqtisadi azadlıqları boğan ölkələrdir.

Bu ölkələr klubunun başında gələnlərdən 1-2-nin adını yazım: İran (orta tarif dərəcəsi 19%-ə yaxın), Cibutti (20%-ə yaxın) və s”, - iqtisaqçı yazıb.

Share on Facebook