Gəncədə taksi sürücüsü bıçaqlandı

Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs tutulub. 

Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəsul Osmanlı saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla  bağlı araşdırma aparılır. 

Share on Facebook