Gəncədə mənzildə yanğın olub, xəsarət alan var

Gəncə şəhərində mənzildə yanğın nəticəsində 1 nəfər xəsarət alıb.

Sozcu.az-ın məlumatına görə, hadisə Çarıqçılar küçəsində qeydə alınıb.

Küçədəki evlərin birində divan naməlum səbəbdən yanıb. Bu zaman divanda yatan 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb.

O, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən əməkdaşları tərəfindən evdən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.report

Share on Facebook