Gədəbəydə FACİƏ: yük maşını yatan kişini əzib öldürdü

Gədəbəydə kişi faciəvi şəkildə ölüb.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Gərgər kəndində baş verib. Sahədə"QAZ-3307" markalı avtomobilə ot presləri yükləyən 51 yaşlı Musayev Elman Əli oğlu dincəlmək üçün həmin maşının arxa təkərlərinin yanında uzanıb. Bu zaman sürücü Əmiraslanov Maarif Bahadır oğlu avtomobili geriyə hərəkət etdirib.

Nəticədə Elman Musayev yük maşınının altında əzilərək ağır xəsarətlər alıb və rayon Mərkəzi Xəstəxanasında ölüb.

Share on Facebook