Fuad Muradov həbs olundu

Oktyabrın 4-də "Milli Fədai Hərəkatı"nın təsisçilərdən biri Fuad Muradov həbs olunub. Ona  qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.  Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyətin digər tənqidçilərini təhdid edirdi.

Fuad Muradovun vəkililə əlaqə saxlamaq mümkün olmayıb./Turan 

Share on Facebook