Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın!

Cənubi Qafqazda sülh bu gün həmişəkindən daha yaxındır.

Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisindəki çıxışı zamanı bildirib.

O, Ermənistan və Azərbaycanı bu tarixi fürsəti əldən verməməyə çağırıb.

“Biz Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq problemlərin həlli üçün birgə səylər göstəririk. Biz Ermənistanın sülh və sabitlik seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq”.

Fidan xatırladıb ki, uzun fasilədən sonra tərəflər ilk dəfə İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçirib.

“Oktyabr ayında İstanbulda keçirilən 3+3 platforması görüşündə bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqaza sülh və sabitliyin gəlişi ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı fəaliyyət və inkişaf üçün şərait yaranacaq”, - deyə nazir fikrini yekunlaşdırıb.

Share on Facebook