"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran narkotik maddələr qəbul edirmiş.

Sozcu.az-ın Türkiyənin DHA agentliyinə istinadən yaydığı məlumata görə, narkotik maddələrlə bağlı istintaq çərçivəsində Sadettin Saranın saç nümunəsindən götürülən kokain testi müsbət nəticə verib. Hazırlanan rəy İstanbul Respublika Baş Prokurorluğuna təqdim olunub.

AA isə xəbər verir ki, Saranın qan, sidik və dırnaq nümunələrində aparılan testlərin nəticəsi mənfi olub.

"Fənərbaxça" Klubunun prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəli qismində İstanbul Respublika Baş Prokurorluğuna dəvət olunmuş və ifadə vermişdi. Prokurorluqdakı dindirilmədən sonra Ədliyyə Tibb Qurumuna göndərilən Saranın saç və qan nümunələri götürülmüşdü.

Prosedurların ardından Sadettin Saran sərbəst buraxılmışdı.

Qeyd edək ki, Saranın ifadəyə çağırıldığı gün onun evində də axtarış aparıldığı bildirilir. Axtarış zamanı müəyyən materialların aşkarlandığı iddia olunsa da, bununla bağlı rəsmi qurumlardan ətraflı açıqlama verilməyib.

Share on Facebook