Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanda işləyəcək.
Sozcu.az xəbər verir ki, 70 yaşlı mütəxəssisin “Panatinaikos”un baş məşqçisi təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyə mətbuatı tərəflər arasında 1.5 illik müqavilə imzalanacağını yazıb.
Fatih Terim bu vəzifədə İvan Yovanoviçi əvəzləyib.
Qeyd edək ki, Fatih Terim 2022-ci ilin yanvar ayından işsiz idi.
"Panatinaikos" Yunanıstan Superliqasında 15 turdan sonra 34 xalla 2-ci pillədə qərarlaşıb.