Ev və obyekt sahiblərinin DİQQƏTİNƏ - Yüksək təzminat ala bilərsiniz

Paytaxtda nəzərdə tutulan şəhər planlaması ilə əlaqədar söküntü və restavrasiya işləri son avxtlar daha da intensivləşib. Bu zaman bəzən söküntüsü nəzərdə tutulan əmlakın yaxınlığında və ya ona bitişik olan obyektə də zərər dəyir. Belə vəziyyətlərdə adətən zərərçəkmiş əmlakın sahibi ilə söküntünü həyata keçirən məsul subyekt arasında anlaşılmazlıq və mübahisə yaranır.  

Bəs görəsən, bu cür sitasiyalarda zərərçəkmiş hansı hüquqlara malikdir?

Mövzu ilə bağlı  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Yenisabah.az-a açıqlamasında bildirib ki, əmlakın hüquqi statusundan asılı olmayaraq, belə hallarda vətədaşlara mütləq şəkildə kompenasiya ödənilməlidir:  azal vakansiya

“Hər hansı bir sənədin olub-olmamasından asılı olmayaraq, əgər hansısa vətəndaş bəlli bir ünvanda yaşayırsa, onun yaşadığı əmlaka bu və digər formada zərər vurularsa, mütləq şikayətçi olmalıdır. Söküntü və təmir-bərpa işləri vətəndaşlara hər hansı narahatlıq yaratmamaq şərti ilə həyata keçirilir. Müəyyən prosedur qaydaları mövcuddur ki, həmin ərazilərdə əgər hər hansı bir tədbir həyata keçirilirsə, mütləq təhlükəsizlik təmin edilməlidir və yanaşı olan tikililərə hər hansı bir xətər toxunulmamalıdır. Əgər belə bir ehtimal varsa belə, mütləq şəkildə xəbərdarlıq olunmalıdır və insanlar həmin ərazidən uzaqlaşdırılmalıdır. Digər tərəfdən, xüsusi geyimlər təqdim olunmalı, ətrafdakı nəzərdə tutulan radiusda təhlükəsizlik xətti müəyyən edilməli və həmin xəttə vətəndaşlar buraxılmamalıdır”. 

Vüqar Oruc dəymiş zərərin hesablanması üçün qiymətləndirici şirkətlərə müraciət edilməli olduğunu diqqətə çatdırıb:

“Əgər söküntü prosesinin gedişində hər hansı bir şəxsə yaxud tikiliyə zərər dəyibsə, bu istiqamətdə söküntünü həyata keçirsən təşkilat mütləq qaydada təzminat ödəməlidir. Dövlət əhəmiyyətli söküntüdür deyə, belə nəticə meydana çıxırsa, qarşı tərəf məsuliyyət daşımır deyə bir qayda yoxdur. İstər dövlət, istər özəl olmasından asılı olmayaraq, vurulan zərər hüquqi və inzibati məsuliyyətə səbəb olur və mütləq şəkildə kompensasiya edilməlidir. Əgər qarşı tərəf bunu ödəməkdən boyun qaçırırsa, əmlak sahibi qiymətləndirmə şirkətlərinə müraciət etməlidir. Əmlak əgər icbari olaraq sığortalanıbsa, sığortaçı şirkətə məlumat verilməlidir”. 

Share on Facebook