Türkiyənin Ərzurum vilayətində zəlzələ baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Pasinlər rayonunda qeydə alınan zəlzələ 4,5 bal gücündə olub.
Məlumata görə, yerli vaxtla saat 04:30-da baş verən zəlzələ 14,8 kilometr dərinlikdə qeydə alınıb və ətraf bölgələrdə də hiss olunub.
Zəlzələ nəticəsində xəsarət alan olmayıb.