Ermənistandan Azərbaycana qarşı həyasız addım - Təcili

Sülh sazişini imzalamağa “hazır olduğunu” davamlı şəkildə bəyan edən Ermənistan rəhbərliyi növbəti oyunbazlığa başlayıb.

Sozcu.az bildirir ki, Ermənistan İstintaq Komitəsindən Pastinfo-ya verilən məlumata görə, İrəvanda Azərbaycanın hərbi-siyasi rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi başlanıb.

Ermənistanın gülünc iddiası bununla bitmir. Bildirilir ki, 44 günlük müharibənin istintaqı çərçivəsində “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova qarşı da iş açılıb.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

İstisna deyil ki, rəsmi İrəvan Azərbaycana qarşı açdığı bu absurd dava ilə Rusiyaya sübut etmək istəyir ki, Roma Statutu prezident Putini həbs etmək üçün yox, Azərbaycana qarşı hüquqi addımlar atmaqdan ötrü ratifikasiya edilib. Ermənistan İstintaq Komitəsinin bu açıqlaması cəfəngiyyat olmaqla yanaşı, həyasızlığın zirvəsi də sayıla bilər. Azərbaycanın ərazilərini 30 ildən artıq işğalda saxlayan ölkədə əli dinc insanların qanına batmış çoxlu sayda canilər var və əslində İrəvan beynəlxalq hüquqa hörmətlə yanaşıb, müharibə cinayətləri törədən şəxsləri Azərbaycana təhvil verməlidir.Musavat.com)

Share on Facebook