Ermənistanda fəxri adlar ləğv ediləcək.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan ədliyyə nazirinin müavini Armenuhi Arutyunyan məlumat verib.
O qeyd edib ki, “Dövlət mükafatları və fəxri adlar haqqında” qanuna dəyişikliklər ediləcək.
Nazir müavininin sözlərinə görə, bu gün Ermənistanda 17 fəxri ad var: “Məsələn, Xalq artisti, əməkdar artist, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi. Onların hamısı ləğv ediləcək".