Ermənistan Xarici İşlər Nazirliyi nazir Ararat Mirzoyanın dekabrın 11-də Brüsselə səfəri ilə bağlı məlumatı təsdiqləyib.
Sozcu.az xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan "Sputnik Armenia"ya bu barədə məlumat verib.
O bildirib ki, XİN rəhbəri Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da görüşə qatılacaq.