Ermənistan hökuməti Roma Statunu parlamentə göndərib və sənəd tam ratifikasiya olunacaq.
Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, bu sənədin Rusiyaya qarşı olmadığını bildirib.
“Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, hər şey Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”, - Paşinyan qeyd edib.
Ətraflı
Xatırladaq ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib. Sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub-olmadığı məlum deyil.
Qanun layihəsi parlamentin saytında dərc olunmayıb.
Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.
Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.