Ermənistan parlamentində daimi komissiyanın iclası zamanı əlbəyaxa dava düşüb.
Bu barədə erməni mediası məlumat yayıb. Martın 15-də Ermənistan Milli Assambleyasında parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının iclası zamanı əlbəyaxa dava olub.
Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sisak Qabrielyan Ermənistandan Türkiyəyə ixrac edilən xam qızılın həcmindən narahatlığını bildirib.
Sonra o, qəfil ayağa qalxaraq Ermənistan müxalifət blokunun deputatı Tadevos Avetisyanın üstünə gedib.
“Özünü normal apar, uşaq!”, – deyə Avetisyan qışqırıb.
Cavabında Qabrielyan deyib: “Uşaq özünsən!”.
Orada olan deputatlar həmkarlarını sakitləşdirməyə çalışsalar da, nəticəsiz qalıb, söz dueli davam edib.(konkret.az)