Yaxın vaxtlarda Parisin köməyi və rəsmi icazəsi ilə Hindistandan silahların Ermənistana çatdırılmasına başlanılacaq.
Sozcu.az xəbər verir ki, bu barədə “Kaliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı Hindistanda lokallaşdırılan “Caesar” özüyeriyən artileriyanın hind analoqundan gedir:
“Sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən Prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla İrəvana deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana gətirilməsi planlaşdırılır”.