Ermənistan tərəfi Azərbaycandan qaz almağa hazır olduğunu açıqlayıb.
Sozcu.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ermənistan siyasi məsələləri həll etdikdən sonra Azərbaycandan qaz almağa hazırdır.
Qeyd edək ki, Forumda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.