"Fransa XİN rəhbərinin Ermənistana səfəri yaxın vaxtlarda İrəvana hərbi yardım göstərmək üçün gündəmin formalaşmasına səbəb ola bilər".
Sozcu.az erməni mediasına istinadən xəbər verir ki, bunu Marseldəki Abovyan Kollecinin rəhbəri, yazıçı Karen Xurşudyan deyib.
Onun sözlərinə görə, Paris artıq siyasi dəstək verib, Zəngəzurda baş konsulluq açmaq qərarına gəlib.
Xurşudyanın fikrincə, bu, Cənubi Qafqazı itirmiş Rusiya üçün ciddi bir sillə idi.