Avqustun 10-da Ermənistan ordusunun hərbi qulluqçusu Jora Zohrabi Karapetyan naməlum şəraitdə güllə yarası alıb.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma başladılıb.