Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-a rəsmi səfər edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə “Akşam” məlumat yayıb.
Bildirilib ki, səfər ABŞ Prezidenti Co Baydenin dəvəti ilə baş tutacaq.
Hər iki lider ABŞ-ın Türkiyəyə F-16 qırıcılarının tədarükünü və terrorla mübarizə məsələlərini müzakirə edəcəklər.