Martın 1-də Ərdəbil əyalətinin 9 qız məktəbində çox sayda şagird şübhəli şəkildə zəhərlənərək xəstəxanalara yerləşdirilib.
Bu barədə Ərdəbil əyaləti valiliyinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə baş direktoru Əli Məhbubifər məlumat yayıb.
Günorta saatlarında baş verən hadisədən sonra şagirdlərin valideynlərinin məktəblərin qarşısına toplaşdığı və polis qüvvələri ilə onlar arasında qarşıdurma yaşandığı bildirilir.
Qeyd edək ki, bu, son bir neçə həftə ərzində İranın bir neçə şəhərində baş verən və yüzlərlə şagirdin zəhərlənməsi ilə nəticələnən hadisələrdən biridir.