Ələt-Astara yolunda dəhşətli qəza: 1 ölü, 7 yaralı

Ələt-Astara magistralının 152-ci kilometrində dəhşətli qəza olub.

Sozcu.az xəbər verir ki, "Toyota Prado" və "Mersedes" markalı minik avtomobilləri toqquşub, "Toyota Prado" aşıb, "Mersedes" markalı avtomobil isə ikiyə bölünüb.

Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.

TƏBİB-dən APA-ya bildirilib ki, bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (kişi cinsli), bir nəfər (qadın cinsli), bir nəfər (uşaq) qapalı kəllə-beyin travması, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və bir nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

Share on Facebook