Əks-hücum əməliyyatı başlayıb - Podolyak

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bir neçə gün əvvəl başlayıb.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, əks-hücum əməliyyatı çərçivəsində artıq ayrı-ayrı əməliyyatlar aparılır:

“Cəbhə xətti sərhəd boyunca 1,5 min kilometr uzanıb, lakin Ukrayna ordusunun ayrı-ayrı əməliyyatları artıq davam edir”.

Share on Facebook