Ekoloq- Urmu gölünün rənginin dəyişməsi göölün quruması ilə bağlıdır

Urmu gğlünün rəngininyenidən dəyişərək qırımızya çalması gölün quruması və toplanan nisbi suyun azalması ilə bağlıdır.

Bunu tanınmış ekoloq və ətraf mühit fəalı Məhəmməd Dərviş deyib.

O, son vaxtlar göldə nisbi su artımının təbiət hadisəsi olduğunu, cari ildə düşən yağıntının miqdarının çox olduğunu söyləyib.

"Yağıntıların şiddətli olmasına görə, çaylar, bəndlər daşdı və Urmu gölündə su həcminin artmasına səbəb oldu. Göl sentyabr ayına kimi yenidən quruyacaq",- ekoloq bildirib.

O, hakimiyyətin gölün bərpası ilə bağlı iddialarının doğru olmadığını diqqətə çatdırıb.

Məhəmməd Dərviş Urmu gölü ətrafında 680 min hektar ərazinin bölgənin vəziyyəti ilə zidiyyət təşkil edən məhsulların əkilməsinə ixtisas verildiyini deyib.

Ətraf mühit fəalı bildirib ki, bu qədər geniş ərazilərdə çox su tələb edən kənd təsərrüfatı məhsullarının əkilməsi yanlışdır və hakimiyyət bu ərazilərin əvvəlki təyinatına qaytarılması üçün iş görmür.

"Buna görə də, dövlət qurumlarının Urmu gölünün bərpası ilə bağlı iş apardıqları barədə iddiaları absurddur",- Dərviş vurğulayıb.

Qeyd edək ki, mövsümi yağıntılardan sonra hazırda Urmiya gölünün sahəsi 1790 kvadrat kilometrə, su həcmi isə 2 milyard 34 milyon kubmetrə çatıb.

Nəzərə almaq lazımdır ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

GünazTV

Share on Facebook