"Bu, özümüzün təmin etdiyimiz ərzağı və suyu, yanacağı və elektriki olan Stalinqraddır..."
"Əgər həqiqətən qalib gəlmək istəyiriksə, hər şeyi uçurmaq, hər şeyi dağıtmaq, hər şeyi ilhaq etmək və yəhudilərlə məskunlaşdırmaq lazımdır..."
Stalinqrad bir şəhər rəmzidir, xarabalıqlarından böyük sovet qələbəsinin başladığı şəhər rəmzidir.
Sozcu.az xəbər verir ki, bu barədə İsrailin ictimai və siyasi xadimi Moşe Feyqlin öz bloqunda yazıb.
Amma bizim "Stalinqrad"ımızın lüks şərtləri var. Bu, özümüzün təmin etdiyiniz ərzağı və suyu, yanacağı və elektriki olan Stalinqraddır.
Lakin bütün dünya üçün bu gün Qəzza həmin Stalinqrad kimi təsir bağışlayır.
Biz öz əllərimizlə düşmənlərimizə ən böyük qələbələrdən birini bəxş edirik.
Çünki qalib gəlmək istəyən "HƏMAS-ın infrastrukturunun məhv edilməsindən" danışmır.
Qalib gəlmək istəyən fəth edilmədən, deportasiyadan və məskunlaşmadan danışır.
Heç bir "pinset əməliyyatında" söhbət isə getmir!
Əgər həqiqətən qalib gəlmək istəyiriksə, hər şeyi uçurmaq, hər şeyi dağıtmaq (yuxarıdan və aşağıdan), hər şeyi ilhaq etmək və yəhidilərlə məskunlaşdırmaq lazımdır.
Başqa qələbə, sadəcə, yoxdur!
Bunun əvəzinə indi bizdə "Oslo savaşı", amma daha böyük itkilərlə təkrarlanır. Və yenidən elə həmin ideologiya və həmin terminlərdən istifadə edilir.
Müharibədə yalnız raket və tunellərlə döyüşürlər, kimin düşmən, kimin "tərəfdaş" olduğu bilinmir və qələbəyə can atllmır.
Qələbə qazanmaq niyyətin yoxdursa, hər ölən adam hədər gedir.
Qələbə qazanmaq niyyətin olmayacaqsa, əldə etdiklərin məğlubiyyətə çevrilir.
İnfrastukturu məhv etmək əvəzinə, biz düşməni su, yanacaq, ərzaq və rabitə ilə təmin edirik, o düşmənə ki, tunellərdən çıxıb əsgərlərimizi qətlə yetirir.
Bütün əhalini Misir sərhəddindən, bizi qətlə yetirən silahın daxil olduğu sərhəddən deportasiya etmək əvəzinə, biz əhalini düşmən yaraqlıları üçün canlı qalxan kimi saxlayırıq və öz hərçilərimizə mülki şəxslərə atəş açmağı qadağan edirik.
Bütün qapılarımızı açdığımız ABŞ indi "ən azı altı aylıq humanitar atəşkəs" tətbiq edəcək...
Telestudiyalarda yenidən qalib gəlməyin mümkün olmadığı və "siyasi həllin" axtarılması izah edilir.
Adamları qətliamda iştirak edən, buna şirnikləndirən və növbəti qətliamı hazırlayan həmin Abu-Mazen Qəzzada hakimlik etmək üçün öz qiymətini yüksəldir.
O Qəzzada ki, orada indi əsgərlərimizin qanı tökülür. Əgər onların həyatı bizim üçün qiymətlidirsə, biz "Oslo" ideologiyasını qəbul edən və bununla özlərinə karyera quran hərbi və siyasi rəhbərləri dəyişməliyik.
Biz "yəhudi beyinlərimizi" işə salmalıyıq. Sükan arxasına bunun bizim olduğunu və yalnız bizim ölkəmiz olduğunu anlayanları əyləşdirməliyik!
Biz öz gözəl xalqımıza layiq olduğu liderləri bəxş etməliyik.