Dünya okeanlarının temperaturu rekord həddə çatdı

İqlim üzrə çalışan alimlər peyk qeydləri başlayandan bəri qlobal okean səthinin temperaturu üzrə yeni rekorda imza atıblar. ABŞ hökumətinin məlumatlarına görə, səthin temperaturu indi 21,1 dərəcəyə çatır.

Sozcu.az bizim.media-ya istinadən bildirir ki, bu barədə "The Guardian" yazıb.

Məlumata görə, bundan əvvəlki rekord 2016-cı ildə qeydə alınıb. O vaxt səthin temperaturu 21 dərəcə olub.

Alimlərin fikrincə, indi okeanların yuxarı qatlarında daha çox istilik toplanır. Bu, ilin sonunda Ekvatorial Sakit okeanda El Nino hadisəsinə gətirib çıxara bilər, ekstremal hava riski artır və qlobal temperatur rekordlarını daha da yüksəldə bilər.

Bununla yanaşı, okeanın sularında istiliyin miqdarının artmasının tufan ehtimalını artırdığı qeyd edilir.

Share on Facebook