Ermənilər ənənələrinə xas olaraq indi də Azərbaycan muğamına göz dikiblər.
Sozcu.az xəbər verir ki, bunu mayın 14-də Ermənistanın İctimai Televiziyasında yayımlanan “Çərçivədən kənar” verilişində erməni reper Super Sako deyib.
Erməni dığası Sako muğamın ermənilərə məxsus olduğunu və “qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi olmadığını” sərsəmləyib.
“Muğam bizimdi. Bizim qonşu ölkələrin mədəniyyəti ilə heç bir əlaqəsi yoxdu. Bu musiqini Komitas (erməni bəstəkarı – red.) gəlib təmizlədi, çünki muğamı Avropaya təqdim edəndə o notları başa düşmədilər. Və erməni mahnısını yaymaq üçün gəlib o qeydləri sildi”, – deyə Sako çərənləyib.
Bu çıxış erməni ictimaiyyəti arasında böyük hiddətə səbəb olub, ona görə yox ki, muğamı da özəlləşdirmək istəyirlər. Buna səbəb Komitası muğamın silinməsində günahlandırması olub.
Erməni opera müğənnisi Asmik Papyan deyib:
“Bu, sadəcə olaraq dəhşətdir və qəbuledilməzdir. Belə bəyanatlar verilə bilməz və hər kəsin İctimai Televiziyanın efirində danışmaq, müsahibə vermək hüququ yoxdur, ola da bilməz. Müsahibimiz bu suallara cavab verməli deyildi. Çox ayıbdır. Komitas böyük sənətkardır. Komitas haqqında belə danışmaq olmaz”.