Dəniz sahilindəki istirahət mərkəzi Rusiya işğalçılarıyla birgə havaya uçdu...

İyunun 21-dən 22-ə keçən gecə Ukraynanın Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Berdyansk şəhəri yaxınlığında partlayış baş verib. Zərbə Rusiya işğalçılarının yerləşdiyi “Roza” istirahət mərkəzinə dəyib.

Sozcu.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat paylaşıb. 

“Saat 1:40-da Berdyansk rayonunda güclü partlayış səsi eşidilib. Partlayışın səsi hətta 50 kilometr aralıdakı Mariupol rayonunun Urzuf kəndində də duyulub",- deyə müşavir bildirib.

Andryuşşenko əlavə edib ki, yerli sakinlər zərbənin(raket və ya dronun-S.L.) işğalçıların Berdyansk vilayətinin Azovskoye kəndindəki “Roza” istirahət mərkəzindəki  cəmləşmə məntəqəsinə vurulduğunu bildiriblər.

Share on Facebook